Lamborghini Gallardo pensiya yaşına çatdı

Lamborghini-nin ən kütləvi modeli bir neçə aydan sonra tarixin zibil qutusuna göndəriləcək, onun şirkətin məhsul xəttindəki yerini gələn ilin ikinci yarısında debütü baş tutacaq bir model tutacaq.
İtalyan avtomobil istehsalçısı 2013-cü ildə Gallardo superkarının istehsalını dayandıracağını rəsmən təsdiqləyib. İtalyan şirkətinin 9 ildir istehsal olunan 560 at gücünə malik bestselleri Huracan adlı idman avtomobili ilə əvəzlənəcək. Yeni modelin bir çox cəhətdən inqilabi olacağını qeyd edən şirkət Gallardo-nun varisinin xüsusiyyətlərini vaxtından əvvəl açıqlamamağa üstünlük verir.
Qeyri-rəsmi məlumatlara görə, avtomobil iki muftalı robot ötürücü qutu ilə birləşdirilmiş atmosferli V10 benzin mühərriki alacaq. Tam ötürmə sistemi Lamborghini Huracan-ın əsas avadanlıqları siyahısına daxil ediləcək.
Yeni Lamborghini superkarı kupe və rodster kuzov üslublarında bazara çıxacaq.

Lamborghini Gallardo pensiya yaşına çatdı
Lamborghini Gallardo pensiya yaşına çatdı
Lamborghini Gallardo pensiya yaşına çatdı
Lamborghini Gallardo pensiya yaşına çatdı Lamborghini Gallardo pensiya yaşına çatdı Lamborghini Gallardo pensiya yaşına çatdı



Home | Articles

April 20, 2026 04:10:31 +0300 GMT
0.001 sec.

Free Web Hosting