Fiat Polşada 1,5 min işçini ixtisar etməyi planlaşdırır

Fiat avtomobil konserni 2013-cü ilin birinci rübündə Polşanın cənubundakı Tiçi şəhərindəki zavodda 1,5 min işçini ixtisar etməyi planlaşdırır.
Bu barədə Polşa mətbuat agentliyinə “Fiat Auto Poland” (FAP) avtomobil şirkətinin Polşa nümayəndəliyindən məlumat verilib.
“Bazardakı neqativ vəziyyət məşğul əhalinin sayının çoxalmasına gətirib çıxarır - təxminən 1,5 min işçi. Bu, qanuni mexanizmlərdə nəzərdə tutulan qrup işdən çıxarılma proseduruna başlamağı zəruri edir”, - FAP sözçüsü Bohuslav Cieslar bildirib.
FAP-ın məlumatına görə, işçilərin ixtisar edilməsi zərurəti Avropada, xüsusən də ən çox avtomobilin Polşa zavodundan ixrac edildiyi İtaliyada avtomobillərə tələbatın azalması ilə əlaqədardır.
Şirkət Avropa bazarında Fiat avtomobillərinin satışının 2007-ci ildəki 16 milyondan 2012-ci ildə 12,5 milyona düşəcəyini proqnozlaşdırır.
Tiçi avtomobil zavodunun həmkarlar ittifaqları kəskin ixtisarlara qarşı çıxacaqlarını və danışıqlar zamanı rəhbərliyi mümkün qədər işdən çıxarmaları məhdudlaşdırmağa inandırmağa çalışacaqlarını bildiriblər.
Fiat avtokonserni hazırda Polşada 4,9 mindən çox işçi çalışır, onlardan 4,6 mini Tiçi şəhərində işləyir.

Fiat Polşada 1,5 min işçini ixtisar etməyi planlaşdırır
Fiat Polşada 1,5 min işçini ixtisar etməyi planlaşdırır
Fiat Polşada 1,5 min işçini ixtisar etməyi planlaşdırır
Fiat Polşada 1,5 min işçini ixtisar etməyi planlaşdırır Fiat Polşada 1,5 min işçini ixtisar etməyi planlaşdırır Fiat Polşada 1,5 min işçini ixtisar etməyi planlaşdırır



Home | Articles

April 20, 2026 00:48:11 +0300 GMT
0.002 sec.

Free Web Hosting