Honda, ən qənaətcil sürücülük üçün Ginnes rekordu vurmağı planlaşdırır. Brendin Avropa tədqiqat mərkəzinin mühəndisləri 24 Aİ ölkəsi və Rusiya ərazisində 13 000 kilometr məsafə qət etmək üçün 1,6 litrlik dizel mühərriklə təchiz edilmiş Civic Tourer universalını sürməyə hazırlaşırlar.
Səfər iyunun 1-də Belçikanın Aalst şəhərində başlayacaq. Sükan arxasında layihədə iştirak etməyə könüllü razılıq verən mühəndislər Ferqal Makqrat və Culian Uorren olacaq. Onların hər biri gündə yeddi saat yarım maşın sürməli olacaq.
Honda bütün səfərin 25 gün çəkəcəyini planlaşdırır.
Bütün səfər zamanı avtomobilin yürüşünün, yanacaq sərfiyyatının və GPS göstəricilərinin qeydinin aparılması planlaşdırılır. Şirkət həmçinin testin əvvəlində və sonunda məlumatların düzgünlüyünü təsdiq etməli olacaq müstəqil şahidləri cəlb etmək niyyətindədir.
Real vaxt rejimində səfərlə bağlı bütün məlumatlar xüsusi internet saytında yerləşdiriləcək.




Home | Articles
April 20, 2026 04:11:19 +0300 GMT
0.001 sec.