Honda Nissan Juke və Opel Mokka ilə rəqabət aparacaq kompakt krossoverin ilk tizer şəklini yayımladı. Modelin konsept versiyasının premyerası gələn ilin yanvarında Detroitdəki avtosalonunda baş tutacaq, istehsal versiyası isə yaxın üç il ərzində dilerlərə çatacaq.
Yığcam krossoverin növbəti nəsil Honda Jazz kompakt MPV platformasında qurulacağı gözlənilir. Şirkət rəhbərliyi il ərzində yeni modeli 400 min nüsxəyə qədər bütün dünyaya satmağı gözləyir. Avropa üçün yolsuzluq avtomobilinin yığılmasına 2015-ci ildə brendin Böyük Britaniyadakı zavodunda başlanacağı gözlənilir.
Bu ilin sentyabrında yeni krossoverin görünüşünü Honda-nın rəhbəri Takanobu İto təsdiqləyib. Onun sözlərinə görə, model 2017-ci ilə qədər illik qlobal satışları 6 milyon avtomobilə çatdırmaq planının əsas aspektlərindən biri olacaq.
Bundan əlavə, Honda növbəti bir neçə il ərzində üstü açıq idman avtomobili, Civic universalı və NSX superkarının davamçısı ilə öz seriyasını genişləndirmək niyyətindədir.




Home | Articles
April 20, 2026 04:10:06 +0300 GMT
0.001 sec.