1963-cü ildə Ferruccio Lamborghini tərəfindən qurulan Lamborghini 50 illik yubileyi üçün yeni modelini təqdim edəcək. Bu barədə İtaliya istehsalçısının rəhbəri Stefan Vinkelmanna istinadən Automotive News məlumat yayıb.
Winckelmann sözlərinə görə, yeni Lamborghini tək nüsxədə hazırlanacaq, superkar isə nə mövcud modelin varisi, nə də şirkətin klassik avtomobillərindən birinin müasir versiyası olmayacaq. Top menecer yenilik haqqında daha ətraflı məlumat açıqlamayıb.
Keçən ilin sentyabrında Lamborghini-nin rəhbəri bildirmişdi ki, şirkət ultra yüngül Sesto Elemento və ya açıq Aventador J kimi istehsal edilən eksklüziv superkarların sayını artırmaq niyyətindədir.
“Biz əvvəlcə konsept-kar hazırlayırıq, sonra bu avtomobilə kifayət qədər maraq olarsa, onu məhdud istehsala buraxırıq. Əgər avtomobil Lamborghini-nin imicinə uyğun gəlsə və ona tələbat olarsa, o zaman biz onu mütləq düzəldəcəyik”, - deyə Vinkelmann həmin vaxt bildirib.




Home | Articles
April 20, 2026 00:49:03 +0300 GMT
0.005 sec.